Volqada iki gəmi toqquşdu

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Volqada iki gəmi toqquşdu

12 İyun 2018
Rusiyanın Volqoqrad şəhərində Volqa çayında teploxodla katamaranın toqquşması nəticəsində 11 nəfər həlak olmuşdur. Bu barədə TASS agentliyi xəbər verir.

Məlumata görə, hadisə Voroşilov rayonunun yük limanının yaxınlığında baş vermişdir. Katamaranda yüklənmə həddən artıq imiş: 12 yerlik gəmidə 16 adam olmuşdur. Onlar toqquşma zamanı suya düşmüşlər. Katamaranla toqquşan teploxodun manevr etmək imkanı olmamışdır.
Katamaranın özəl şəxsə məxsus olduğu bildirilir və o, işıqsız hərəkət edirmiş. Gəmidə məclis keçirilirmiş və sərnişinlərin bir çoxu sərxoş vəziyyətində imiş.