Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Prezident İlham Əliyev Türkiyənin Əskişəhər şəhərində BP şirkətinin baş icraçı direktoru ilə görüşüb

12 İyun 2018
İyunun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin Əskişəhər şəhərində BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşüb.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə TANAP layihəsinin açılışının əhəmiyyəti vurğulandı, BP-SOCAR əməkdaşlığının uğurla həyata keçirildiyi qeyd edildi.

Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.