Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İyulun 27-də Ay tutulması və “bədrlənmiş Mars” təbiət hadisəsi baş verəcək

12 İyun 2018
İyulun 27-də nadir astronomik hadisələrdən hesab edilən Ay tutulması və “bədrlənmiş Mars” adlandırılan ecazkar təbiət hadisəsi baş verəcək.

AZƏRTAC Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) istinadla xəbər verir ki, 15 il ərzində ilk dəfə Yer kürəsinə maksimal məsafədə (55,7 milyon kilometr) yaxınlaşacaq Mars planetinin üzərində astronomik müşahidələr aparmaq üçün əlverişli şərait yaranacaq.

Mars və Yerin növbəti yaxınlaşmasının 2035-ci il sentyabrın 15-nə təsadüf etməsi gözlənilir. Bu il isə həmin yaxınlaşma Ay tutulması ilə tam üst-üstə düşür. Bir saat 44 dəqiqə davam edəcək bu təbiət fenomeni yüz ilin ən uzunmüddətli Ay tutulması olacaq.