Latviya Dəmir Yolları Azərbaycan Dəmir Yolları ilə əməkdaşlıqda maraqlıdır

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Latviya Dəmir Yolları Azərbaycan Dəmir Yolları ilə əməkdaşlıqda maraqlıdır

12 İyun 2018
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində “Latviya Dəmir Yolu” SC-nin prezidenti – idarə heyətinin sədri Edvins Berzinşin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov dəmir yolunda həyata keçirilən islahatlar, ölkənin tranzit potensialının artırılmasında mühüm rol oynayan Bakı-Tbilisi-Qars, “Şimal-Cənub”, “Şərq-Qərb”, “Cənub-Qərb” beynəlxalq nəqliyyat dəhlizlərinin icra vəziyyəti, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun fəaliyyətinin daha da gücləndirilməsi və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verib.

Sonra İkitərəfli qarşılıqlı əməkdaşlıq əlaqələrinin müzakirəsi aparılıb. “Latviya Dəmir Yolu” SC-nin prezidenti – idarə heyətinin sədri Edvins Berzinş ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını bildirib.