Dövlət büdcəsinə dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsi Milli Məclisə təqdim olunub

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Dövlət büdcəsinə dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsi Milli Məclisə təqdim olunub

12 İyun 2018
Bu il dövlət büdcəsinə dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsi Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunub.

Bu barədə AZƏRTAC-a Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mais Piriyev məlumat verib.

"Ölkə əhalisinin sosial müdafiəsinin daha da gücləndirilməsi, dövlətin müdafiə və təhlükəsizliyinin daha da artırılması, turizmin inkişafı, bir sıra sosial və infrastruktur layihələrinin, kənd təsərrüfatı, su təchizatı, meliorasiya və irriqasiya tədbirlərinin və digər zəruri dövlət vəzifələrinin maliyyələşdirilməsi ilə əlaqədar olaraq əlavə maliyyə təminatının yaradılması ilə bağlı "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanun layihəsi və müvafiq sənədlər mövcud qanunvericiliyə uyğun olaraq Maliyyə Nazirliyi tərəfindən hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib.

Nazirlər Kabineti tərəfindən məqbul hesab edilən qanun layihəsi Azərbaycan Respublikasının Prezidentinə təqdim edilib. "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanun layihəsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən bəyənilərək müvafiq sənədlərlə birlikdə müzakirə üçün Milli Məclisə təqdim olunub", - deyə M.Piriyev qeyd edib.