Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Boks üzrə Azərbaycan yığması Kutaisidə keçirilən beynəlxalq turnirdə 5 qızıl və 4 gümüş medalla birinci olub

12 İyun 2018
Gürcüstanın Kutaisi şəhərində gənc boksçular arasında keçirilən beynəlxalq turnir başa çatıb. Yarışda ev sahibləri ilə yanaşı, Azərbaycan, Rusiya və Ermənistan yığmaları mübarizə aparıblar.

AZƏRTAC xəbər verir ki, komandamız turniri 5 qızıl və 4 gümüş medalla başa vurub. Bütün rəqiblərinə qalib gələn Vüqar Hüseynov (49 kq), Nəbi İsgəndərov (60 kq), Səbuhi Abışov (64 kq), İsmayıl Yaqubov (91 kq) və Vüqar Səmədov (91 kq-dan yuxarı) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yalnız finalda məğlub olan Tacəddin Məmmədov (49 kq), Tacəddin Maməliyev (56 kq), Cahid Qurbanov (75 kq) və Rəhim Əhmədli (91 kq-dan yuxarı) isə ikinci yeri tutublar.

Bu göstərici Azərbaycan yığmasını komanda hesabında birinci sıraya yüksəldib. Vüqar Hüseynov isə turnirin ən yaxşı boksçusu seçilib.