Donald Tramp: Kim Çen In ilə görüş çox yaxşı keçdi

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Donald Tramp: Kim Çen In ilə görüş çox yaxşı keçdi

12 İyun 2018
ABŞ Prezidenti Donald Tramp Koreya Xalq Demokratik Respublikasının (KXDR) Dövlət Şurasının Sədri Kim Çen In ilə təkbətək görüşün çox yaxşı keçdiyini bildirib.

AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp qısa açıqlamasında böyük problemlərinin həllinə nail olacaqlarını deyib.

Qeyd edək ki, Sinqapurda KXDR lideri Kim Çen In ilə ABŞ Prezidenti Donald Tramp arasında təkbətək görüşdən sonra geniş tərkibdə danışıqlar başlayıb. Müzakirələrdə hər iki ölkə üçün aktual olan məsələlər – Birləşmiş Ştatlarla Şimali Koreya arasında yeni münasibətlərin qurulması, Koreya yarımadasında daimi sülhün əldə edilməsi, yarımadanın nüvə silahsızlaşdırılması prosesinin reallaşması diqqət mərkəzindədir.