Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan İranda dəmiryolu terminalı tikir

12 İyun 2018
 

Azərbaycan İranda inşa etdiyi infrastruktur vasitəsilə növbəti mərhələdə maye və dənli bitkilər daşıyacaq. Bu sözləri nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının Bakı sammitinin nəqliyyat və əlaqələndirmə mövzusuna həsr edilən birinci panel iclasında deyib.

O bildirib ki, Azərbaycan İranda dəmiryolu terminalı tikir. İlk mərhələdə buradan quru yüklər, növbəti mərhələdə maye və dənli bitkilər daşınacaq.