Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İtaliya göyərtəsində 600-dən çox miqrant olan gəmini qəbul etmədi

11 İyun 2018
600-dən çox miqrantı daşıyan humanitar gəmi İtaliya sahillərinə yaxınlaşa bilməmişdir. Qadağa İtaliya Daxili İşlər Nazirliyi tərəfindən qoyulmuşdur. Bu barədə “Assoşieyted Press” agentliyi xəbər verir.

KİV-in xəbərinə görə, İtaliya hökuməti gəmiyə Maltaya yollanmağı təklif etmişdir. Maltanın qaçqınları qəbul edib-etməyəcəyi isə hələ ki bilinmir.

“SOS Mediterranee” humanitar qrupuna məxsus gəminin göyərtəsində Aralıq dənizində İtaliya və İspaniyanın sahil mühafizəsi, yaxud digər gəmilər tərəfindən xilas olunmuş 629 nəfər var.

Rəsmi məlumata əsasən, ötən il Aralıq dənizində 800-ə yaxın miqrant həlak olmuşdur.