ABŞ və KXDR diplomatları Sinqapurda görüşdülər

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

ABŞ və KXDR diplomatları Sinqapurda görüşdülər

11 İyun 2018
Dünən Sinqapurda KXDR-in nümayəndələri ABŞ-ın Filippindəki səfiri Sun Kimlə görüşmüşlər. Danışıqlarda ötən ay Vaşinqtonu tənqid etmiş KXDR xarici işlər nazirinin müavini Çxve Son Xi də iştirak etmişdir. Bu barədə “Rosbalt” agentliyi xəbər verir.

Qeyd olunur ki, Sun Kim 2011-2014-cü illərdə Cənubi Koreyada səfir və ABŞ-ın KXDR siyasəti üzrə xüsusi nümayəndəsi olmuşdur.

Danışıqların yekununu ABŞ-ın dövlət katibi Mayk Pompeo qiymətləndirmişdir. O, səfir Kimin KXDR-in nümayəndələri ilə görüşünün dolğun və təfərrüatlı olduğunu bildirmişdir.

Bu arada xəbər verilir ki, Donald Tramp və Kim Çen İn Sinqapura gəlmişlər. Bu gün Sentosa adasındakı “Capella” hotelində onların görüşü keçiriləcək. Srağagün hər iki lider Sinqapurun Baş naziri Li Syanlunla əlaqə yaradaraq sammitin təşkilinə görə ona təşəkkür etmişlər.