Kabildə terror aktı

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Kabildə terror aktı

11 İyun 2018
Əfqanıstanın paytaxtı Kabildə baş vermiş terror aktı nəticəsində 12 nəfər həlak olmuş, 30 nəfərdən çox adam yaralanmışdır. Bu barədə Səhiyyə Nazirliyinin məlumatına istinadən “TOLO News” telekanalı xəbər verir.

Məlumata görə, intiharçı-terrorçu paytaxtın Darulaman rayonunda Şəhərlərin Bərpası və Ölkənin İnkişafı Nazirliyinin girişinin yaxınlığında özünü partlatmışdır. Partlayış zamanı nazirliyin əməkdaşları binanı tərk edirmişlər.