Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

ABŞ-KXDR sammiti 20 milyon dollara başa gələcək

11 İyun 2018
 

Şimali Koreya lideri Kim Çen İnin ABŞ Prezidenti Donald Trampla Sinqapurda keçiriləcək görüşü ölkəyə təxminən 20 min dollara başa gələcək. Bu barədə “Straits Times” qəzetinə Sinqapurun Baş naziri Li Syanlun məlumat vermişdir.

Hökumət başçısının dediyinə görə, bu xərclər Sinqapurun Koreya yarımadasında sülhün bərqərar edilməsi işinə töhfəsidir.

Xatırladaq ki, bu gün Sinqapurda ABŞ və KXDR liderlərinin görüşü keçiriləcək. Bu barədə Amerika Prezidenti Donald Tramp ayın əvvəllərində KXDR Əmək Partiyası Mərkəzi Komitəsi sədrinin müavini, general Kim Yon Çxolun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdən sonra bildirmişdir.