FIFA yeni reytinq hesablama sistemini açıqlayıb

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

FIFA yeni reytinq hesablama sistemini açıqlayıb

11 İyun 2018
FIFA milli komandaların yeni reytinq hesablama sistemini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, yenilənmiş reytinq Rusiyada keçiriləcək dünya çempionatından sonra tətbiq olunacaq.

Yeni reytinqə əsasən, beynəlxalq yoldaşlıq görüşü üçün 10, qeyri rəsmi oyunlar üçün 5 xal nəzərdə tutulub.

UEFA Millətlər Liqasının qrup mərhələsinin oyunları üçün yığmaların aktivinə 15, UEFA Millətlər Liqasının “pley-off” və final matçları üçün 25 xal əlavə olunacaq.

Həmçinin FIFA qitə və dünya çempionatlarının final mərhələlərinin seçmə oyunları üçün 25, qitə çempionatlarının final mərhələsində 1/4 finaladək oyunlar üçün 35 xal nəzərdə tutulub.

Qitə çempionatlarının 1/4 final mərhələsindən sonrakı oyunlar və FIFA konfederasiyalar kubokunun bütün oyunları üçün komandalar 40, dünya çempionatının 1/4 final mərhələsinədək oyunlar üçün 50, dünya çempionatının 1/4 final mərhələsindən sonrakı oyunlar üçün 60 xal qazanacaqlar. Bu görüşlərdə qələbə 1, heç-heçə 0,5, məğlubiyyət isə 0 əmsalla qiymətləndiriləcək.

Digər tərəfdən, qitələrarası əmsallar ləğv olunacaq. Hazırda istifadədə olunan versiyada Avropa və Cənubi Amerika komandaları ilə oyunlara Afrika, Şimali və Mərkəzi Amerika, Asiya, Okeaniya yığmaları ilə görüşlərdəkindən daha çox xal hesablanır.

Böyük yarışların ev sahibləri üçün ayrıca hesablama olacaq. Dünya çempionatının seçmə mərhələsində iştirak etmədiyi üçün Rusiya yığması 70-ci pilləyə enib və bu göstərici ilə mundialın ən aşağı reytinqli komandası olub.