Azərbaycan atletləri kiçik ölkələrin Avropa çempionatında iki qızıl medal qazanıblar

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan atletləri kiçik ölkələrin Avropa çempionatında iki qızıl medal qazanıblar

11 İyun 2018
Lixtenşteyndə keçirilən atletika üzrə kiçik ölkələrin Avropa çempionatında idmançılarımız uğurla çıxış ediblər.

AZƏRTAC xəbər verir ki, atletimiz Zəkiyyə Həsənova 100 metr məsafə qaçış yarışlarında 11.61 saniyə nəticə göstərərək Azərbaycan rekorduna imza atıb və çempionatın gümüş medalını qazanıb.

Z.Həsənova 200 metr məsafəyə qaçışda daha yaxşı nəticə göstərib. Belə ki, o, 23.56 saniyə nəticə ilə yarışların qızıl mükafatına sahib olub.

Kişilər arasında 110 metr məsafəyə sədlərlə qaçışda atletimiz Rahib Məmmədov 14.06 saniyə nəticə ilə Avropa çempionu olub.