Azərbaycan idmançısı pankration üzrə Avropa çempionu olub

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan idmançısı pankration üzrə Avropa çempionu olub

11 İyun 2018
Serbiyanın Zrenyanin şəhərində pankration üzrə Avropa çempionatı keçirilib.

AZƏRTAC xəbər verir ki, “Neftçi İdman Klubu”nun təmsilçisi çempionatda Ehtiram Dərişov qızıl medal qazanıb.

Turnirdə 60 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız böyük əzmkarlıq nümayiş etdirərək qitə çempionatının qalibi adına sahib olub.