İranda antiterror əməliyyatı keçirilib

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İranda antiterror əməliyyatı keçirilib

11 İyun 2018
İranın dövlət sərhədini mütəmadi pozaraq qanunsuz yollarla ölkəyə daxil olmaq istəyən silahlı qruplara qarşı antiterror əməliyyatı keçirilib.

AZƏRTAC xəbər verir ki, bu sözləri İran İslam İnqilab Keşikçiləri Korpusunun quru qoşunları komandiri Məhəmməd Pakpurun mətbuata açıqlamasında deyib. Onun sözlərinə görə, ölkənin cənub-şərqində keçirilən əməliyyatda PKK terror təşkilatının İran qolu olan PJAK üzvləri məhv edilib.

M. Pakpur qeyd edib ki, əməliyyat zamanı 16 terrorçu zərərsizləşdirilib. Əməliyyatda iştirak edən İran İslam İnqilab Keşikçiləri Korpusunun şəxsi heyəti itki verməyib.