Donald Tramp və Kim Çen In arasında sammitədək ayrıca görüş keçiriləcək

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Donald Tramp və Kim Çen In arasında sammitədək ayrıca görüş keçiriləcək

11 İyun 2018
Birləşmiş Ştatlar Administrasiyası iyunun 12-də başlayacaq sammitdən öncə ABŞ Prezidenti Donald Tramp və KXDR lideri Kim Çen In arasında ayrıca görüş keçiriləcəyini təsdiq edib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ABŞ-ın Milli Təhlükəsizlik Şurasının mətbuat katibi Robert Pallidino bildirib.

Tarixi sammitin astanasında - iyunun 11-də isə Prezident Donald Trampla Sinqapurun Baş naziri Li Syan Lun arasında görüş keçirilib. ABŞ Prezidenti görüş zamanı KXDR lideri Kim Çen Inla danışıqların “yaxşı” keçəcəyinə inandığını bildirib.

Xatırladaq ki, bir qədər əvvəl Ağ evdən sammitin iyunun 12-də yerli vaxtla saat 09:00-da (Bakı vaxtı ilə 5:00) Sinqapurun Sentosa adasındakı “Capella” mehmanxanasında başlayacağı barədə məlumat verilib.