Saatlıda 24 nəfər kimyəvi maddədən zəhərlənib

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Saatlıda 24 nəfər kimyəvi maddədən zəhərlənib

11 İyun 2018
Saatlıda pambıq sahəsində kimyəvi maddədən kütləvi zəhərlənmə baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ötən gecə hadisə ilə bağlı Bakı şəhərindən bir qrup həkim Saatlı Rayon Mərkəzi Xəstəxanasına ezam olunub.

Həkimlər xəstəxanada yerləşdirilən xəstələrin vəziyyəti ilə tanış olaraq onlara tibbi yardım göstəriblər. Xəstələrdən 4-ü Bakı şəhərindəki ixtisaslaşdırılmış xəstəxanaya göndərilib.

Qeyd edək ki, ötən gün Saatlının Sımada kəndi ərazisində pambıq tarlasında işləyən 24 nəfər kimyəvi maddədən zəhərlənərək Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.