Türkiyənin Şırnak vilayətində PKK-nın 19 terrorçusu zərərsizləşdirilib

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Türkiyənin Şırnak vilayətində PKK-nın 19 terrorçusu zərərsizləşdirilib

11 İyun 2018
Türkiyənin Şırnak vilayətinin Bestlər-Dərələr bölgəsində həyata keçirilən sonuncu antiterror əməliyyatları nəticəsində PKK-nın daha 5 terrorçusu zərərsizləşdirilib.

AZƏRTAC xəbər verir ki, iyunun 8-də başlanan şəhid Çavuş Mustafa Kozak əməliyyatı nəticəsində ümumilikdə PKK-nın 19 terrorçusu məhv edilib.