Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

BMX növü üzrə dünya çempionatında gənclər arasında qaliblər müəyyənləşib

09 İyun 2018
Bakıda keçirilən velosiped idmanının BMX növü üzrə dünya çempionatında gənclər arasında qaliblər müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, gənc qadınların mübarizəsində niderlandlı İndi Şipers 38.038 saniyəlik nəticə ilə hamıdan üstün olaraq qızıl medal qazanıb. Gümüş medala isveçrəli Zoe Klassens, bürünc medala isə Kolumbiya idmançısı Qabriella Bolle Karrillo layiq görülüb.

Gənc kişilərin yarışında isə birinci yerə 33.077 saniyə nəticə ilə fransalı Leo Qaroyan sahib çıxıb. Kolumbiyalı Kamilo Xuan Ramirez Valensia çempionatı ikinci, çilili İqnasio Maurisio Molina Verqara üçüncü pillədə başa vurub.

Qeyd edək ki, dünya çempionatında 43 ölkədən 1500 velosipedçi mübarizə aparıb.