Azərbaycan güləşçisi Avropa çempionatında Ermənistan idmançısına qalib gələrək finala yüksəlib

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan güləşçisi Avropa çempionatında Ermənistan idmançısına qalib gələrək finala yüksəlib

09 İyun 2018
Türkiyənin İstanbul şəhərində 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir.

AZƏRTAC xəbər verir ki, altıncı yarış günündə 61, 74, 86, 92 və 125 kiloqram çəki dərəcələrində sərbəst güləşçilər mübarizəyə qoşulub.

Güləşçilərimizdən Elçin Vəliyev (61 kq) Rumıniya idmançısına qalib gəlsə də, yarımfinalda Moldova təmsilçisinə uduzub. Bürünc medal uğrunda qarşılaşmada həmyerlimizin rəqibi Türkiyə idmançısı olacaq.

Doxsan iki kiloqram çəki dərəcəsində yarışan idmançımız Şamil Zubairov dörddəbir finalda Rusiya, yarımfinalda isə Ermənistan təmsilçisini məğlub edərək qitə çempionatının finalına yüksəlib. İdmançımız finalda Gürcüstan güləşçisi ilə qarşılaşacaq.

Final görüşləri iyunun 10-da Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.