Gümüşün antibakterial təsiri

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Gümüşün antibakterial təsiri

09 İyun 2018
Üzərində qızıl və ya gümüş zinət əşyaları gəzdirənlər çox olsa da, onun sağlamlığa təsiri çox vaxt diqqətdən kənarda qalır.

AZƏRTAC xəbər verir ki, kanadalı mütəxəssislər qadınlara daha çox gümüşdən hazırlanan zinət əşyaları gəzdirməyi məsləhət görürlər. Onların dediyinə görə, gümüş əşyalar sinir sistemini sakitləşdirir, baş ağrısını azaldır. Bundan başqa gümüşün antibakterial təsiri də var. Elə buna görə də gümüşdən bıçaq, qaşıq, çəngəl, su qabı və digər məişət əşyaları hazırlanır.

Gümüşün faydası bununla bitmir. Mütəxəssislər onun radiasiyaya qarşı da təsirli olduğunu bildirirlər.