BANM-in tələbələri “İlin ən yaxşı tələbəsi” adını qazandılar

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

BANM-in tələbələri “İlin ən yaxşı tələbəsi” adını qazandılar

09 İyun 2018
 

Bakı Ali Neft Məktəbinin (BANM)) iki tələbəsi - Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının 1-ci kurs tələbəsi Mahirə Əsədzadə və həmin ixtisasın 2-ci kurs tələbəsi Abdulla Əsgərzadə 25-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgi-Konfransında ali məktəbə ən yüksək balla daxil olduqları və uğur əldə etdikləri üçün “İlin ən yaxşı tələbəsi” adına layiq görülüblər. Tələbələr sertifikat və pul mükafatı ilə təltif olunublar.

Qeyd edək ki, hər iki tələbə BANM-ə 700 balla daxil olub. Abdulla Əsgərzadə BANM-ə qəbul olduqdan sonra qısa bir müddətdə İELTS imtahanından 6.5 bal toplayaraq birbaşa ali məktəbin 2-ci kursuna qəbul olunub. Mahirə Əsədzadə isə 2 milyard ton neftin hasilatı ilə bağlı keçirilən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də iştirak etdiyi böyük tədbirdə möhtəşəm çıxışı ilə hər kəsin diqqətini çəkib.

 

“Azərbaycan”