Hava şəraiti BMX üzrə dünya çempionatının proqramında dəyişikliyə səbəb olub

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Hava şəraiti BMX üzrə dünya çempionatının proqramında dəyişikliyə səbəb olub

08 İyun 2018
Küləkli hava şəraiti ilə əlaqədar Bakıda velosiped idmanının BMX üzrə dünya çempionatında gənclər və elit kateqoriyasının iyunun 8-də keçirilməli olan təsnifat yürüşləri təxirə salınıb.

AZƏRTAC xəbər verir ki, bu səbəbdən iyunun 9-da yarış proqramında müəyyən dəyişikliklər edilib.

Yeni yarış cədvəlinə əsasən, iyunun 9-da saat 18:00-da dünya çempionatının keçici bayrağı 2019-cu ildə yarışı qəbul edəcək Belçika nümayəndələrinə təqdim ediləcək. Saat 18:10-dan 20:30-dək təsnifat yürüşləri keçiriləcək. İyirmi dəqiqəlik fasilədən sonra saat 20:50-də final mərhələsi başlayacaq. Həlledici yürüşlər saat 23:10-da bitəcək və bundan sonra dünya çempionatının qaliblərinin mükafatlandırılması mərasimi keçiriləcək.