Qocalma prosesini ləngidən həb hazırlanıb

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Qocalma prosesini ləngidən həb hazırlanıb

08 İyun 2018
Uzun müddətdir ki, insan orqanizminin təbii qocalma müddətini ləngitmək məsələsi bir çox mütəxəssisləri düşündürür. Orta əsrlərdə körpələrin qanı ilə yuyunmaq da daxil olmaqla bir çox cavanlaşma metodları irəli sürülürdü.

AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, Yeni Cənub Uelsi Universitetində tədqiqat aparan avstriyalı alimlər, özlərinin də iddia etdikləri kimi, qocalmaya qarşı həb hazırlayıblar. Bildirilir ki, bu həblərin qəbul edilməsi ilə DNT-ni bərpa etmək mümkündür. Yeni preparatın əsasını NAD+ metaboliti təşkil edir. Həbi siçanların üzərində sınaqdan keçiriblər. Alınan nəticələrə görə, bu preparat DNT hüceyrələrini sağaltmaq üçün, habelə təkcə qocalmaq əleyhinə deyil, radiasiyaya qarşı da təsirli vasitədir.

Alimlər hər bir canlı orqanizmin hüceyrələrində təbii şəkildə mövcud olan NAD+ metabolitinin sözügedən proseslərə təsirini əvvəllər də bilirdilər. Həbin sınaq mərhələsində olmasına baxmayaraq, artıq çox ciddi təşkilatlar, o cümlədən NASA ona maraq göstərib. Mütəxəssislər Marsa növbəti ekspedisiya zamanı bu preparatdan istifadə olunacağını ehtimal edirlər. Məsələ ondadır ki, kosmik səyahətlər DNT-nin sürətlə qocalmasına səbəb olur. Bunun səbəbi isə kosmik şüalanmadır. Yeni preparat bu amillərə qarşı mübarizə aparmağa kömək edəcək.