Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Futbol üzrə dünya çempionatına 2, 4 milyondan çox bilet satılıb

08 İyun 2018
FIFA dünya çempionatının matçlarına 2. 403.116 bilet satıb.

AZƏRTAC FIFA-nın rəsmi saytına istinadla xəbər verir ki, biletlərin çoxu (871.797) rusiyalı azarkeşlərin payına düşüb, 54 faizi isə xarici azarkeşlər arasında paylaşdırılıb.

Ən çox bilet alan ilk on ölkə sırasına ABŞ (88.825), Braziliya (72.512), Kolumbiya (65.234), Almaniya (62.541), Meksika (60.302), Argentina (54.031), Peru (43.583), Çin (40.251), Avstraliya (36.359) və İngiltərə (32.362) daxil olub.

FIFA-nın müxtəlif müştəri qrupları üçün ehtiyatda saxlanılan 100.000-dən çox əlavə bilet iyunun 8-də qurumun rəsmi saytında satışa çıxarılacaq.

Bu kvota bütün matçlara, habelə müəyyən matçlara 4-cü dərəcəli biletləri ehtiva edir.