Azərbaycan Milli Elmlər Akademiyasının adlı mükafatlarına altı nəfər layiq görülüb

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan Milli Elmlər Akademiyasının adlı mükafatlarına altı nəfər layiq görülüb

08 İyun 2018
İyunun 8-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin 2017-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş ümumi yığıncaqda AMEA-nın görkəmli alimlərin adlarını daşıyan mükafatları sahiblərinə təqdim olunub.

AZƏRTAC xəbər verir ki, akademik Bahadur Tağıyev AMEA-nın Nəsirəddin Tusi adına, akademiyanın müxbir üzvü Zeynal Əkpərov AMEA-nın Həsən bəy Zərdabi adına mükafatlarına layiq görülüblər.

Akademik Abel Məhərrəmova AMEA-nın akademik Yusif Məmmədəliyev adına, geologiya-mineralogiya elmləri doktoru Adil Əliyevə AMEA-nın akademik Musa Əliyev adına, akademik Nailə Vəlixanlıya AMEA-nın Abbasqulu ağa Bakıxanov adına mükafatları verilib.

Xalq Rəssamı Tahir Salahov Azərbaycan incəsənətində böyük xidmətlərinə görə AMEA-nın akademik Üzeyir Hacıbəyli adına mükafatına layiq görülüb.

Qeyd edək ki, ki, adlı mükafatlar üzrə müsabiqə Rəyasət Heyətinin 2018-ci il 15 fevral tarixli qərarı ilə elan edilib. Rəyasət Heyəti aprelin 5-də keçirilmiş iclasında müsabiqənin nəticələrinə uyğun olaraq alimlərin bu mükafatlara layiq görülməsini qərara alıb.