Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Portuqaliya Respublikasının Prezidenti Marselo Rebelo de Souzadan

07 İyun 2018
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Xalqınızın milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə Portuqaliya xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyur, Sizə xoşbəxtlik, Azərbaycan xalqına tərəqqi və rifah arzulayıram.

Azərbaycan üçün bu əlamətdar gündə ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərini dərinləşdirmək, hər iki ölkənin siyasi, mədəni və iqtisadi sahələrdə mövcud potensialından xalqlarımızın mənafeyi naminə tam istifadə etmək əzmində olduğumu bildirmək istəyirəm.

Cənab Prezident, Sizi bir daha səmimi qəlbdən təbrik edir, yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

 

Marselo Rebelo de Souza

Portuqaliya Respublikasının Prezidenti