Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Pele: Braziliya yığmasının komanda hissi yoxdur, Neymar dünya çempionatında təkbaşına qalib gələ bilməyəcək

07 İyun 2018
Braziliya yığmasının sabiq futbolçusu Pele 2018-ci il dünya çempionatında milli komandanın çıxışlarından nələr gözlədiyi barədə fikirlərini bölüşüb.

AZƏRTAC xəbər verir ki, Titeyə tam əmin olduğunu bildirən Pele deyib: “Məni yalnız bir şey narahat edir: dünya çempionatına cəmi bir neçə gün qalır, bizim isə hələ də münasib komandamız yoxdur. Ayrı-ayrılıqda bütün oyunçular yaxşıdır, lakin onlarda komanda hissi yoxdur. Neymar dünyanın ən yaxşı futbolçularından biridir. Hazırda o, daha kamil və təcrübəli futbolçu olsa da, dünya çempionatında təkbaşına qalib gələ bilməyəcək. Belə turnirlərdə yalnız komandalar qalib gəlir. Braziliyanın ən yaxşı komandası 1970-ci ilin komandası olub. O vaxt dünya çempionatında biz 6 aydan artıq birlikdə olduq. Məhz bu səbəbdən hər şey uğurlu alındı”.

Xatırladaq ki, 2018-ci il dünya çempionatının qrup mərhələsində Braziliya yığması İsveçrə, Serbiya və Kosta-Rika komandaları ilə qarşılaşacaq.