Ceyhun Bayramov :Təhsil sahəsində mühüm nailiyyətlər əldə edilib

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ceyhun Bayramov :Təhsil sahəsində mühüm nailiyyətlər əldə edilib

07 İyun 2018
“Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində bir sıra hədəflərə çatmaq istiqamətində mühüm addımlar atılıb, vacib nailiyyətlər əldə edilib.

AZƏRTAC xəbər verir ki, bunu iyunun 7-də ADA Universitetində Avropa İttifaqının Bakıdakı nümayəndəliyinin dəstəyi ilə keçirilən “Təhsilin strateji planlaşdırılması: düşüncələr və perspektivlər” mövzusunda beynəlxalq elm və təhsil konfransında təhsil naziri Ceyhun Bayramov söyləyib.

Nazir deyib: “Son illərdə iki hədəfə nail olunub: bir tərəfdən ali təhsil müəssisələrinə qəbul edilmiş abituriyentlərin sayı əsaslı, təxminən 4 min nəfər (12 faiz) artıb, eyni zamanda, ali təhsil müəssisələrinə qəbul balı yüksəlib (179 baldan 239 bala, 60 bal və ya 33,5 faiz). Bu çox önəmli dəyişiklikdir”.