Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bakı MDB məkanında turistlər arasında ən populyar 5 kurort şəhəri sırasındadır

07 İyun 2018
Bu yay rusiyalı turistlərin istirahəti üçün populyar MDB kurortlarının reytinqi təqdim edilib.

AZƏRTAC Rusiyanın TurStat analitik agentliyinə istinadla xəbər verir ki, Xəzərin sahilində, Bakının Bilgəh qəsəbəsindəki çimərliklər 5 ən populyar kurort sırasında yer alıb.

TurStatın məlumatına görə, rusiyalı turistlər MDB ölkələrinin kurortlarına yay mövsümündə 7-14 gün müddətinə gəlirlər.

MDB ölkələrinin kurortlarında birgünlük istirahət 50-100 dollara başa gəlir.