Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bakıda “Təhsilin strateji planlaşdırılması: düşüncələr və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilir

07 İyun 2018
İyunun 7-də ADA Universitetinin Avropa İttifaqının Bakıdakı nümayəndəliyinin dəstəyi ilə keçirdiyi ikigünlük “Təhsilin strateji planlaşdırılması: düşüncələr və perspektivlər” mövzusunda beynəlxalq elm və təhsil konfransı öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, konfransın açılış mərasimində ADA Universitetinin prorektoru Vəfa Kazdal tədbir haqqında məlumat verib. Qeyd olunub ki, konfrans iştirakçıları təhsilin müxtəlif səviyyələrində tətbiq edilən aparıcı beynəlxalq təcrübə ilə tanış olacaqlar.

Sonra təhsil naziri Ceyhun Bayramovun və Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin çıxışları dinlənilib.

Daha sonra Böyük Britaniyanın Oksford Universitetinin professoru Deyvid Briksin konfrans iştirakçılarına videomüraciəti təqdim olunub.

Konfransın işi “Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına” dair dörd istiqamətdə - “Bacarıqlara əsaslanan təhsil məzmununun inkişaf etdirilməsi”, “Təhsil sistemində insan resurslarının müasirləşdirilməsi”, “Şəffaf və səmərəli idarəetmə mexanizmlərinin formalaşdırılması” və “Son texnoloji tələblərə cavab verən infrastrukturun yaradılması” panelləri üzrə davam edib.