“Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

01 İyun 2018
 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 20-ci bəndlərini rəhbər tutaraq qərara alır:

“Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 9, maddə 577; 2002, № 5, maddə 240; 2003, № 12 (I kitab), maddə 697; 2007, № 6, maddə 560, № 10, maddə 938; 2008, № 7, maddə 602; 2012, № 4, maddə 281; 2014, № 11, maddə 1372; 2015, № 11, maddə 1272) aşağıdakı dəyişikliklər edilsin:

1.  4.0.8-ci maddəyə “maddələrin” sözündən sonra “və onların prekursorlarının” sözləri əlavə edilsin.

2.  18.0.3-cü maddəyə “maddələrin” sözündən sonra “, onların prekursorlarının” sözləri əlavə edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 1 may 2018-ci il