Nuraya inanırıq

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Nuraya inanırıq

01 İyun 2018
 

Ölkəmizdə keçirilən ilk Avropa Oyunlarından sonra bizim rayonda gənclər arasında idmanın ayrı-ayrı növlərinə maraq gözlədiyimizdən də çox artıb. 

Yəqin bunun nəticəsidir ki, 2016-cı il sentyabr ayının əvvəllərində tanıdığımız ziyalılardan olan Elnur müəllim balaca qız uşağını Olimpiya İdman Kompleksinə gətirib dedi ki, bu qızın 11 yaşı var. Ağdaş şəhərindəki gimnaziyada oxuyur. Taekvondoçu olmaq istəyir. Adı Nuray, soyadı  Həmidovadır.

Mən Nuraya taekvondonun çətinlikləri, fiziki ağırlıqları haqqında danışanda dedi ki, çətinliklərdən qorxmuram, hər şey istədiyiniz kimi olacaq.

Qızdakı qətiyyəti görüb intensiv məşqlərə başladıq. Nurayın məşq prosesində əzmkarlığnı görəndə ona qarşı inamım birə-beş artdı. Çox keçmədən yarışlarda iştirak etmək niyyətini də bildirdi. Ona bu şərait də yaradıldı. Bir çox ölkədaxili və beynəlxalq əhəmiyyətli yarışlara qatıldı. Nəticə göz qabağındadır. Nurayın 5 fəxri fərmanı,  3 diplomu, 4 sertifikatı var. 6-sı qızıl olmaqla 16 medal qazanıb.

Biz Nurayın uğurlarının davamlı olacağına, daha böyük yarışlardan parlaq qələbələrlə qayıdacağına inanırıq.

 

Eşqin İSMAYILOV,

Ağdaş Olimpiya Kompleksində taekvondo müəllimi