Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan ispanlar üçün maraqlı turizm istiqamətidir

31 May 2018
İspaniyanın “Madrid es noticia” portalında sərfəli və maraqlı 5 turizm istiqaməti barədə yazı dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə Monteneqro, Uruqvay, Fero adaları, Madaqaskar və Rumıniya ilə birlikdə Azərbaycanın da adı yer alıb.

Bakını təsvir edən məqalədə şəhər “Odlar diyarı” adlandırılır. Bildirilir ki, Azərbaycanın paytaxtı müasir göydələnlərin qədim şəhərlə kontrastıdır. Həmçinin Bakı gecələri öz gözəlliyi ilə heyrətamizdir, yerli mətbəx isə hər kəsin zövqünü oxşaya bilir.