Füzulinin “Divan”ının əlyazma nüsxəsinin “Dünya Yaddaşı” Beynəlxalq Reyestrinə daxil edilməsi Azərbaycan üçün əlamətdar hadisədir

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Füzulinin “Divan”ının əlyazma nüsxəsinin “Dünya Yaddaşı” Beynəlxalq Reyestrinə daxil edilməsi Azərbaycan üçün əlamətdar hadisədir

30 May 2018
Mayın 30-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əlyazmalar İnstitutunda böyük Azərbaycan şairi Məhəmməd Füzulinin “Divan”ının əlyazma nüsxəsinin UNESCO-nun “Dünya Yaddaşı” Beynəlxalq Reyestrinə daxil edilməsi ilə bağlı təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə dahi şairin “Divan”ının əlyazma nüsxəsinin “Dünya Yaddaşı” Beynəlxalq Reyestrinə daxil edilməsini Azərbaycan üçün əlamətdar hadisə kimi dəyərləndirib.

Akademik A.Əlizadə digər Azərbaycan mütəfəkkirlərinin əsərlərinin də “Dünya Yaddaşı” Beynəlxalq Reyestrinə daxil edilməsi istiqamətində iş aparılmasının vacibliyini vurğulayıb.

Çıxış edənlər bu əlamətdar hadisənin ölkəmizin mədəniyyəti və elmi üçün böyük əhəmiyyət daşıdığını bildiriblər.