Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Akademik Arif Paşayev N.E.Jukovski adına Milli Aerokosmik Universitetinin fəxri professoru adına layiq görülüb

30 May 2018
N.E.Jukovski adına Milli Aerokosmik Universiteti - Xarkov Aviasiya İnstitutunun Elmi Şurasının qərarı ilə Milli Aviasiya Akademiyasının rektoru, Azərbaycanın görkəmli alimi, akademik Arif Paşayev aviasiya və texnika elminin inkişafındakı böyük xidmətlərinə görə universitetin fəxri professoru adına layiq görülüb. Bu barədə AZƏRTAC-a Xarkov Aviasiya İnstitutunun mətbuat xidmətindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, N.E.Jukovski adına Milli Aerokosmik Universiteti Arif Paşayev kimi fəxri professoru olmasından qürur hissi keçirir. Arif Paşayev tanınmış ictimai xadim, yüksək elmi-praktiki potensiala malik olan, Azərbaycanda aviasiya təhsilinin müasir səviyyədə inkişafı üçün gərgin əmək sərf edən alimdir.

1957-ci ildə Ukraynanın Odessa Rabitə Universitetini (keçmiş Odessa Elektrotexnika Rabitə İnstitutu) radiofizik ixtisası üzrə bitirib. Həmin universitetin və Ukrayna Milli Aviasiya Universitetinin fəxri doktoru, Ukraynadakı Azərbaycan diasporunun fəxri üzvüdür. Arif Paşayev “Mədəniyyət səfiri” kimi hər iki ölkənin elmi-mədəni, ictimai əlaqələrinin inkişafında səmərəli fəaliyyəti ilə nümunələr göstərir.

“N.E.Jukovski adına Milli Aerokosmik Universiteti - Xarkov Aviasiya İnstitutu Elmi Şurasının Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi yubileyi günlərinə təsadüf edən belə bir elmi qərarı bir daha sübut edir ki, Arif Paşayev dünyada tanınan və Azərbaycana şöhrət qazandıran alimdir. Onun çoxillik fəaliyyəti nəticəsində mühüm elmi nailiyyətlər əldə edilib. Tanınmış ictimai xadim Arif Paşayevin Azərbaycan ilə Ukrayna arasında elmi mübadilənin və təcrübə mübadiləsinin inkişafında da böyük xidmətləri var”, - deyə universitetin məlumatında qeyd edilir.

 

AZƏRTAC