Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında

27 May 2018
 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsini “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli 816-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202, № 3, maddələr 397, 403, 429, № 4, maddələr 631, 647, 654, № 5, maddələr 835, 846,  № 6, maddələr 997, 1010, № 7, maddələr 1247, 1249, № 10, maddə 1608, № 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788, № 12, maddələr 1984, 2000, 2009, 2024, 2049; 2017, № 1, maddə 21, № 2, maddələr 139, 147, 152, 162, № 3, maddələr 331, 344, № 5, maddələr 698, 701, 734, 749, 754, № 6, maddələr 1020, 1033, 1036, № 7, maddələr 1273, 1296, 1297, 1299, № 11, maddələr 1964, 1966, 1969, 1979, № 12, maddələr 2214, 2217, 2220, 2233, 2237, 2240, 2253, 2256, 2266; 2018, № 1, maddə 19; Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 969-VQD nömrəli, 2018-ci il 1 fevral tarixli 981-VQD və 984-VQD nömrəli, 13 fevral tarixli 1002-VQD nömrəli, 6 mart tarixli 1035-VQD və 1038-VQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1. 282-ci maddənin “Qeyd” hissəsində “min manatadək olan” sözləri “beş min manatdan yuxarı olmayan” sözləri ilə əvəz edilsin. 

2. 447-ci maddənin “Qeyd” hissəsində “az miqdarda olduqda” dedikdə,” sözləri “az miqdarda” dedikdə, üç” sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Res

publikasının Prezidenti

 

Bakı şəhəri, 1 may 2018-ci il