“AzerGold” QSC-də Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr edilmiş tədbir keçirilib

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“AzerGold” QSC-də Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr edilmiş tədbir keçirilib

26 May 2018
 

24 may tarixində “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC-nin) mərkəzi ofisində Respublika Günü və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibətilə tədbir keçirilib.

Rəhbər və işçi heyətin iştirak etdiyi tədbirdə çıxış edən “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etməsi sayəsində Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illiyinin ölkə daxilində və xaricində böyük təntənə ilə qeyd edildiyini bildirib. Azərbaycan Respublikasının da müstəqilliyin ilk illərində böyük təhlükə ilə üzləşdiyini qeyd edən sədr dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə ölkəmizin xilas olduğunu, sabit inkişaf yoluna qədəm qoyduğunu vurğulayıb. Zakir İbrahimov Prezident İlham Əliyevin ümummilli liderin kursunu uğurla davam etdirməsini, hazırda ölkəmizin hər bir sahədə dinamik inkişaf etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdə qoyduğu silinməz izdən və Azərbaycanın müstəqilliyi üçün möhkəm bünövrə yaratdığından geniş söhbət açılıb.

Daha sonra Heydər Əliyev Fondunun dəstəyi və Arzu xanım Əliyevanın baş prodüserliyi ilə çəkilən, Azərbaycan Xalq Cümhuriyyətinin Paris Sülh Konfransına ezam edilən nümayəndə heyətinin keşməkeşli taleyindən bəhs edən “Əbədi Ezamiyyət” sənədli filmi nümayiş olunub.