Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

25 May 2018
 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununu “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 961-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

“Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 3, maddə 203; 2001, № 1, maddə 26, № 3, maddə 149, № 6, maddə 375; 2002, № 5, maddələr 237, 241; 2003, № 1, maddə 14; 2004, № 2, maddə 59, № 4, maddə 212; 2006, № 6, maddə 478; 2007, № 1, maddə 3; 2008, № 3, maddə 154, № 12, maddə 1048; 2009, № 2, maddə 36; 2015, № 3, maddə 246, № 10, maddələr 1092, 1097) 7-ci maddəsinin 1-ci hissəsinin altıncı abzasında “idman meydançalarının” sözlərindən sonra “və qəbiristanlıqların” sözləri əlavə edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 4 may 2018-ci il