Bakı şəhəri və onun qəsəbələrində təhsil müəssisələrinin təmiri və tikintisinə 40 milyon manat ayrılıb

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bakı şəhəri və onun qəsəbələrində təhsil müəssisələrinin təmiri və tikintisinə 40 milyon manat ayrılıb

23 May 2018
 

Prezident İlham Əliyev mayın 23-də Bakı şəhəri və onun qəsəbələrində təhsil müəssisələrinin təmiri və tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, Bakı şəhəri və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.44.1-ci yarımbəndində göstərilmiş məbləğin 40 milyon manatı Bakı Şəhər İcra Hakimiyyətinə ayrılıb.

Bu Sərəncamdan irəli gələn məsələlərin həll olunması Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, maliyyələşmənin təmin edilməsi isə Maliyyə Nazirliyinə tapşırılıb.