Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Vergilər nazirinin Şamaxıda vətəndaşların qəbulunun vaxtı dəyişdirilib

17 May 2018
Vergilər naziri Mikayıl Cabbarovun may ayının 19-da Şamaxı rayonunda keçirilməsi planlaşdırılan vətəndaşların qəbulu vaxtı dəyişdirilib.

Bu barədə AZƏRTAC-a nazirliyin Media və Kommunikasiya Mərkəzindən bildirilib.

Qeyd olunub ki, qəbul bu ilin mayın 30-da saat 11:00-da Şamaxı şəhərində 4 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında (ünvan: Bakı-Qazax şosesinin 118-ci kilometri) mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Şamaxı, Ağsu və Qobustan rayon sakinləri üçün təşkil ediləcək.