Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Baş prokuror Masallıda vətəndaşları qəbul edəcək

17 May 2018
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, baş prokuror Zakir Qaralov mayın 25-də saat 10:00-da Masallı Rayon Prokurorluğunun inzibati binasında Masallı, Lənkəran, Astara, Lerik və Yardımlı rayon sakinlərinin qəbulunu keçirəcək.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Masallı rayonuna gəlmələri müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.