Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Samuxda vətəndaşları qəbul edib

17 May 2018
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov Samux rayonunda Gəncə, Mingəçevir, Naftalan şəhərlərindən və Samux, Goranboy, Göygöl və Daşkəsən rayonlarından olan sakinləri qəbul edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəbulda 50-yə yaxın vətəndaş iştirak edib. Vətəndaşların müraciətləri daha çox Xidmətin aidiyyəti şöbə və bölmələrində işə və ya həqiqi hərbi xidmətə qəbul, övladlarının gələcək xidmət yerinin müəyyənləşdirilməsi, eləcə də veteran adının və vəsiqəsinin verilməsinə dair olub.

Qəbul zamanı irəli sürülən bəzi məsələlər yerindəcə həllini tapıb, qanunvericiliyin tələbləri vətəndaşlara izah edilib. Araşdırılması tələb olunan müraciətlər nəzarətə götürülüb.