Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ukraynada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı poçt markası dövriyyəyə buraxılıb

17 May 2018
 

Ukraynada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı poçt markası hazırlanıb. Bu barədə AZƏRTAC-a Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Vüsal Süleymanov məlumat verib.

Səfirlik tərəfindən hazırlanan 4 növ poçt markasında Azərbaycan Xalq Cümhuriyyətinin parlament binasının, iclasının, Şərqdə ilk dəfə qadınlara səsvermə hüququ verilən obrazın təsvirləri yer alıb. Poçt markalarında Azərbaycan Xalq Cümhuriyyəti dövrünün mövzusu geniş qeyd edilib.

Sayı 2000 ədəd olan poçt markaları artıq bu gündən dövriyyəyə buraxılıb.