Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Dərialtı mikroçiplər

16 May 2018
 

İsveçdə təxminən 3 min nəfərə dərialtı mikroçip yerləşdirilib. İnsanlar onların köməyilə metroda gedir, mağazada ödəniş edir və maşınlarının qapısını açırlar.

AZƏRTAC “hi-tech.mail.ru” saytına istinadla xəbər verir ki, çip yaxın kontaktsız əlaqə vasitəsilə özlüyündə rəqəmsal açar dəsti kimi işlədilir. Bu, simsiz rabitə ilə passiv çipdən hesablayıcı cihaza informasiya göndərilməsi üsuludur, lakin bu halda onlar arasında cəmi 4 santimetr məsafə olmalıdır. Bir müddət sonra texnologiyanın inkişafı bu çipin daha çox funksiyanı yerinə yetirməsinə imkan verəcək.

Texnologiya heç də yeni deyil, onu 2015-ci ildən tətbiq edirlər. Baytarlar bu cür çipləri itlər və pişiklərdə yerləşdirirlər ki, sahibləri onları hər yerdə tapa bilsin. Bu çiplərdən əvvəllər təkcə biohakerlər istifadə edə bilirdilər, indi isə onlar gündəlik həyatın bir hissəsinə çevrilib. Məsələn, 2017-ci ilin iyunundan İsveçdə bu cür çiplərin köməyilə bilet almaq olar.

Doğrudur, belə texnologiyanın kənar təsiri də göz qabağındadır. Hər hansı korporasiya çipi skanetmə prosesində onda olan informasiyadan asanlıqla istifadə edə və sizin olduğunuz məkanı, nahar müddətini və s. izləyə bilər. Bu texnikanın məhz korporasiyalar tərəfindən təklif edildiyi və hələlik tənzimlənmədiyi nəzərə alınarsa, gec və ya tez bunun baş verəcəyini gözləmək olar.