Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Rusiya-2018”: İngiltərə millisi ilkin heyətini açıqlayıb

16 May 2018
İngiltərə millisinin futbol üzrə dünya çempionatı üçün genişləndirilmiş heyəti açıqlanıb.

AZƏRTAC xəbər verir ki, baş məşqçi Qaret Sautqeyt 23 futbolçuya dəvət göndərib.

Heyətdə qapıçılar - Jordaniya Pikford (“Everton”, İngiltərə), Cak Butlan (“Stok City”, İngiltərə), Nik Pope (“Börnli”, İngiltərə), müdafiəçilər – Trent Aleksandr Arnold (“Liverpul”, İngiltərə), Kiyeran Tripiyer, Danni Roz (hər ikisi - “Tottenxem”, İngiltərə), Xari Maquer (“Lester Siti”, İngiltərə), Phil Cons (“Mançhester Yunayted”, İngiltərə), Con Stons, Kil Valker(hər ikisi – “Mançester Siti”, İngiltərə), Qari Kehill (“Çelsi”, İngiltərə), yarımmüdafiəçilər - Cordan Henderson (“Liverpul”, İngiltərə), Erik Diyer, Delli Alli (hər ikisi “Tottenxem”, İngiltərə), Cessi Linqard, Eşli Yanq (hər ikisi - “Mançester Yunayted”, İngiltərə), Fabian Delfi (“Mançester Siti”, İngiltərə), Ruben Loftus-Cik (“Çelsi”, İngiltərə), hücumçular - Rəhim Sterlinq (“Mançester Siti”, İngiltərə), Ceyms Vardi (“Lester Siti”, İngiltərə), Xari Kayn (“Tottenxem”, İngiltərə), Markus Recford (“Mançester Yunayted), Dani Velbek (“Arsenal”, İngiltərə) yer alıblar.

Qeyd edək ki, İngiltərə yığması Rusiyada keçiriləcək dünya çempionatında Belçika, Panama və Tunis ilə eyni qrupda mübarizə aparacaq.