Azərbaycan ilə Belarus arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan ilə Belarus arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb

16 May 2018
Mayın 16-da Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Yavər Camalov Belarus Respublikası Dövlət Hərbi-Sənaye Komitəsinin sədri, general-mayor Oleq Dviqalyovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Sənayesi Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Belarus Respublikasının Dövlət Hərbi-Sənaye Komitəsinin sədri vəzifəsində təyin olunması münasibətilə Oleq Dviqalyova təbriklərini çatdıran Yavər Camalov rəhbərlik etdiyi qurumun fəaliyyəti ilə bağlı nümayəndə heyətinə məlumat verib.

Görüşdə Azərbaycan ilə Belarus arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Nümayəndə heyətinin rəhbəri, general-mayor Oleq Dviqalyov səmimi görüşə görə minnətdarlığını bildirib.