İqtisadiyyat naziri Ağcabədidə vətəndaşları qəbul edəcək

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İqtisadiyyat naziri Ağcabədidə vətəndaşları qəbul edəcək

16 May 2018
İqtisadiyyat naziri Şahin Mustafayev mayın 18-də Ağcabədidə Ağdam, Laçın və Ağcabədi rayonlarından olan vətəndaşları qəbul edəcək.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, vətəndaşların qəbulu saat 11:00-dan etibarən Bayraq Muzeyinin inzibati binasında (ünvan: Ağcabədi şəhəri, Ü.Hacıbəyli küçəsi) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyat üçün İqtisadiyyat Nazirliyinin [email protected] elektron poçt ünvanı və 493-14-56, 493-88-67 (daxili 21-05) və (055) 257-60-90 nömrəli telefonlar (əlaqələndirici şəxs Elmar Hacıyev), nazirliyin “195-2” Çağrı Mərkəzi, həmçinin nazirliyin Aran regional bölməsi (əlaqələndirici şəxs Elbrus Hüseynov, əlaqə telefonu: (022) 337-82-81, (055) 206-88-52, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər.

Bununla yanaşı, vətəndaşlar İqtisadiyyat Nazirliyinin “www.economy.gov.az” internet səhifəsində xüsusi olaraq yaradılmış “İqtisadiyyat nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət” bölməsi və nazirliyin facebook səhifəsi vasitəsilə də qəbula yazıla bilərlər.

Eyni zamanda bildirilir ki, iqtisadiyyat nazirinin Göygöldə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Qəbulun keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.