İnam Kərimov: Nazirlik sistemində kifayət qədər dəyərli, bacarıqlı və müasir düşüncəli kadrlar var

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İnam Kərimov: Nazirlik sistemində kifayət qədər dəyərli, bacarıqlı və müasir düşüncəli kadrlar var

16 May 2018
Kənd Təsərrüfatı Nazirliyindən indiyədək heç kim işdən azad edilməyib.

AZƏRTAC xəbər verir ki, bu barədə KİV nümayəndələrinə müsahibəsində kənd təsərrüfatı naziri İnam Kərimov deyib.

O bildirib ki, nazirlik sistemində kifayət qədər dəyərli, bacarıqlı və müasir düşüncəli kadrlar var. Yalnız rotasiya qaydasında yerdəyişmələr olub və bu formada da davam edəcək.

Regionlara etdiyi səfərlərlə bağlı məlumat verən nazir qeyd edib ki, məqsəd yerlərdə problemləri eşitmək, nazirliyin qarşısında əsas vəzifələrdən biri kimi qoyulan fermer və kəndlilərlə yaxın olmaqdır. Həmin insanların qayğı və problemləri ilə maraqlanmaq, onların problemlərinin həllinə çalışmaqdır.